Bəşər tarixində ən dəhşətli soyqırım
aktlarından birinə məruzə qalmış xocalılar bu faciənin sarsıntısından sabaha
ümidlərini itirmiş vəziyyətdə idilər. Xalqımız nicat yolunu dahi şəxsiyyət Heydər
Əliyevin hakimiyyətə qayıdışında gördü. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə
qayıdışından sonra ölkəmizin üstündəki qara buludlar çəkildi, qısa zamanda dövlət
quruculuğu prosesinə start verildi. Ölkədə sabitlik yaranmağa başladı. Bu
uğurlu yolda Heydər Əliyevin xocalılara olan qayğısı Xocalı sakinlərinin
yaralarına məlhəm olaraq onların ağrı-acısını səngitdi. Xocalı soyqırımının
dördüncü ildönümü ilə əlaqədar 24 fevral 1996-cı ildə Prezident sarayında
Xocalı sakinlərinin bir qrupu ilə görüşən Azərbaycan Prezidenti Heydər Əliyev
bütün xocalılara mənəvi dayaq oldu. Ulu öndər həmin görüşdə bildirmişdir ki,
xocalılara bundan sonra daha çox qayğı göstərilməlidir. Burada çıxış edənlərin
hamısı bizim dövlət orqanlarından çox razı olduqlarını bildirdi. Mən bundan məmnunam.
Ancaq eyni zamanda güman edirəm ki, bu çıxışlarda deyilən sözlərdə müəyyən qədər
həqiqət var. Ümumiyyətlə, Azərbaycan xalqına xas olan bir keyfiyyət var - biz
çox şükürlü millətik, bizə bir balaca da kömək edəndə onu böyük bir kömək kimi
qəbul edirik. Bu, ümumiyyətlə, bizim Azərbaycan xalqının milli xüsusiyyətidir.
Xüsusən indi sizin kimi adamlar - evindən-eşiyindən, yerindən-yurdundan olmuş,
varını - yoxunu, qohum-əqrəbasını itirmiş adamlar xırda bir qayğıya da minnətdardırlar.
Ancaq mən hesab edirəm ki, daha çox qayğı göstərilməlidir. Şübhəsiz ki, bütün
qaçqınlara, bütün şəhid ailələrinə, müharibədə şikəst olmuş bütün adamlara,
müharibə əlillərinə, hamıya qayğı göstərilməlidir. Ancaq xocalıların başına gələn
bəla heç kəsin başına gəlməyibdir. Bu xüsusiyyət də nəzərə alınmalıdır. Xocalılar bütün
həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin
misilsiz xidmətlərini hər zaman minnətdarlıq hisləri ilə xatırlayır, Ulu öndərimizin
ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edirlər.***Mayın 10-da xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş
ümumrayon yığıncağı keçirildi. Əvvəlcə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Ümummilli Lider Heydər Əliyevin
abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzüldü, əziz xatirəsi ehtiramla
yad edildi. Həmçinin Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisinə
baxış oldu.Xocalı Rayon Mədəniyyət Evində davam edən
tədbirdə rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Azərbaycan Xalqının
Ümummilli Lideri, Dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və müstəsna
fəaliyyətinin bütün mərhələləri haqqında geniş və əhatəli məruzə ilə çıxış
etdi. Qeyd olundu ki, Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb
tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu
müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və
yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı
yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin
ideyalarının təntənəsidir.Xalqın təkidi ilə
hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq
nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə
olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən,
dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna
çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın
yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini
əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Ulu Öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng
transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri
dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi
dividentlər qazandırır. Azad olunmuş
torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım
alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük
Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu Öndərin siyasi
kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə
yerinə yetirdi.Xalqımız Ulu Öndər
Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin
yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı -
Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək
nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Sonda Ulu Öndərin
həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı-100” filmi təqdim edildi."Heydər Parkı"nda davam edən bədii hissədə mədəniyyət və incəsənət ustaları müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Sonda möhtəşəm atəşfəşanlıq təşkil olundu.